Elm və Təhsil Nazirliyi ilə “OpenAI” şirkəti arasında təhsil sahəsində süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsini nəzərdə tutan üçtərəfli Anlaşma Memorandumu imzalanıb. Sənəd Nyu-Yorkda elm və təhsil naziri Emin Əmrullayev və “OpenAI” şirkətinin təhsil üzrə vitse-prezidenti Leah Belsky tərəfindən imzalanıb.
Əməkdaşlıq çərçivəsində:
müəllim və şagirdlər üçün süni intellekt əsaslı tədris imkanlarının inkişaf etdirilməsi;
təhsil işçiləri üçün AI üzrə təlimlərin təşkili;
məktəblərdə süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair yanaşmaların hazırlanması;
riyaziyyat, təbiət elmləri və oxu üzrə təhsilin idarəolunması sisteminin “OpenAI” texnologiyaları ilə təkmilləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu, Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında imzalanan ikinci Anlaşma Memorandumudur.
Yeni Şərh