Sentyabrın 15-də Abşeron rayonu Novxanı kənd 1 nömrəli tam orta məktəbdə 2026–2027-ci tədris ilinin başlanması münasibətilə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edib. O, yeni tədris ilində qarşıya qoyulan hədəflər və təhsil prosesinin səmərəli təşkili ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra Agentlik direktoru Eşqi Bağırov məktəbdə tədris prosesi üçün yaradılmış şəraitlə tanış olub, sinif otaqlarına baxış keçirib, müəllim və şagirdlərlə görüşüb. Görüş zamanı yeni tədris ili, şagird və müəllimlərin gözləntiləri barədə fikir mübadiləsi aparılıb.
Yeni Şərh