2025-ci il fevralın 5-də Dövlət İmtahan Mərkəzi (DİM) imtahanlarda yüksək fəaliyyəti ilə seçilən imtahan rəhbərləri və zal nəzarətçilərini mükafatlandırmışdır.

Tədbirdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahanların şəffaf keçirilməsində bu şəxslərin əhəmiyyətli rolunu vurğulayaraq, onlara təşəkkür etmişdir.

Nəticədə, 2901 nəzarətçiyə təşəkkür elan edilmiş, 30 zal nəzarətçisi və 5 imtahan rəhbəri fəxri fərmanla təltif olunmuşdur. Eyni zamanda, Xaçmaz regional bölməsində də mükafatlandırma tədbiri keçirilmişdir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz şəhəri, Çingiz Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Qabil Kərimov və Quba rayonu, Zəki Kərimov adına I Nügədi 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Azərə Novruzəliyeva fəxri fərmanla mükafatlandırılmışdır.

Dövlət İmtahan Mərkəzi onların nümunəvi əməkdaşlığına görə təşəkkür edərək, gələcəkdə uğurlar arzulamışdır.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ