ℹErkən nikah və qohumlar arasında nikahın qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlər

➡Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınmasına dair maarifləndirici tədbirlər həyata keçirilmişdir.

➡Tədbirlər çərçivəsində şagirdlərə mövzunun sosial və hüquqi aspektləri barədə ətraflı məlumat verilmiş, erkən nikahın fəsadları və ailə münasibətlərində sağlam seçimlərin vacibliyi izah olunmuşdur. Həyata keçirilən maarifləndirmə işlərinin əsas məqsədi yeniyetmələr arasında düzgün məlumatlandırmanın təmin edilməsi, məsuliyyətli davranışın formalaşdırılması və sağlam həyat tərzinin təşviq edilməsidir.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ