Esse yazı müsabiqəsi keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Quba rayonu üzrə ümumi təhsil müəssisələrində təhsil alan VIII, IX və X sinif şagirdləri arasında esse yazı müsabiqəsi təşkil olunmuşdur.

Qeyd edək ki, birinci mərhələdə iştirak etmiş ümumilikdə 70 şagirddən 19 nəfəri uğur qazanaraq müsabiqədə iştirak hüququ qazanmışdı.

Müsabiqənin əsas məqsədi Azərbaycanın müasir dövrünün memarı Heydər Əliyevin zəngin siyasi irsinin gələcək nəsillərə aşılanması, gənclərin Ulu Öndər haqqında bilik və təfəkkürlərinin genişləndirilməsi, eləcə də ölkəmizin çoxəsrlik tarixi, mədəniyyəti, dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, hüquqi və dünyəvi dövlət quruculuğunda qət etdiyi tarixi yol haqqında şagirdlərin məlumatlarının artırılması olmuşdur.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ