31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri evdə təhsil alan şagirdləri ziyarət ediblər.

Bu ziyarətlər zamanı şagirdlərə bayram sovqatları təqdim olunub, onların təhsili və sosial vəziyyəti ilə maraqlanılıb.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ