“Evdə təhsilə cəlb olunmuş xüsusi qayğıya ehtiyacı olan şagirdlərin və onların ailələrinin dəstəklənməsi” layihəsi Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Birgə və Sağlam İctimai Birliyi tərəfindən həyata keçirilir.

Layihənin məqsədi evdə təhsil alan və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin sosial və təhsil inkişafına töhfə vermək, onların ailələrinə psixoloji və pedaqoji dəstək göstərməkdir. Bununla yanaşı, evdə təhsilin keyfiyyətinin və inklüzivliyinin artırılması, valideyn və müəllimlərin inklüziv və xüsusi təhsil sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi əsas prioritetlərdəndir.

Layihənin icrası nəticəsində:

Şagirdlərin fərdi inkişaf potensialının üzə çıxarılması;

Ailələrin maarifləndirilməsi və psixoloji dayanıqlığının gücləndirilməsi;

Müəllimlərin peşəkar kompetensiyalarının artırılması;

Evdə təhsil prosesində inklüziv yanaşmanın gücləndirilməsi hədəflənir.

Müraciət üçün: https://forms.gle/U722cg1dmivU4xK17

Birlikdə mümkündür.

İnklüziv təhsil – hər kəs üçün

Gəlin, daha sağlam, inklüziv və qayğıkeş təhsil mühiti üçün birlikdə çalışaq.

QEYD: yerlər məhduddur.

Əlavə məlumat üçün:

info@birgesaglam.az

+994 99 200 23 10