Festivalın qaliblərinin mükafatlandırılması mərasimi olub!
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə növbəti Uşaq İncəsənət Festivalına yekun vurulub. Dekabrın 26-da Heydər Əliyev Mərkəzində festivalın yekun mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Festivalda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Aylin Abdurəhmanlı 6–9 yaş kateqoriyası üzrə rəssamlıq nominasiyasında II yerə layiq görülmüşdür.
Bildirilib ki, 2023-cü ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən festivalın məqsədi milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, ənənəvi incəsənət sahələrinin qorunub yaşadılması və dövlətinə, vətəninə bağlı gəncliyin yetişdirilməsidir. Layihə, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyət və gənc istedadların dəstəklənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin tərkib hissəsidir.
Yeni Şərh