Noyabrın 29-da Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə məktəblilərarası IX Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib.
Məlumat üçün bildiririk ki,Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə müsabiqədə uğur qazanmış Quba rayonu İkinci Nügədi kəndi Oktay Məmmədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri Quliyev Məcid Rafiq oğlu, Zülfüqarova Gülay Famil qızı və Şabran şəhəri Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Abdullayeva Aydan Əlihüseyn qızı iştirak etmişdir.
Sonda müsabiqə qalibləri diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
#ElmVəTəhsilNazirliyi #EduAz #FənnMüsabiqələri
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21752-1





Yeni Şərh