Fərdi təhsildə birliyə aparan yol: Vətən sevgisi ilə bir arada
Quba–Xaçmaz Regional Təhsil İdarəsinin təşəbbüsü ilə fərdi təhsilə cəlb olunmuş şagirdlər üçün təşkil edilən onlayn görüşlər davam edir. Məqsəd – sosiallaşma, yaradıcılığın dəstəklənməsi və ifadə bacarıqlarının inkişaf etdirilməsidir. Bu dəfəki görüş isə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilib.
Şagirdlər bu əlamətdar mövzu ətrafında vətənpərvərlik duyğularını müxtəlif formalarda ifadə ediblər. Onlar özlərinin çəkdiyi rəsmləri təqdim edib, vətənə olan sevgilərini əks etdirən şeirləri böyük həvəslə səsləndiriblər. Təqdim olunan işlər virtual sərgi şəklində nümayiş olunub.
Bu layihə bir daha sübut etdi ki, məsafələr yaradıcılığa mane ola bilməz! Kiçik dahilər fərdi təhsil alsalar da, vahid dəyərlər ətrafında birləşərək böyük ruh yüksəkliyi nümayiş etdirirlər.
Bir ekran, bir ürək, bir vətən!
#MÜTDA #EduAz #QubaXaçmazRTİ #KonstitusiyaVəSuverenlikİli #VətənpərvərŞagirdlər #YaradıcılıqlaBirlikdə





Yeni Şərh