"Peşə təmayüllü siniflər"də gələcək əmək bazarı üçün səriştəli insan kapitalını hazırlamaq əsas hədəflərimizdəndir.

2019-2020-ci tədris ilindən etibarən fəaliyyət göstərən "Peşə təmayüllü siniflər" layihəsi X-XI siniflərdə oxuyan şagirdlər üçün nəzərdə tutulub və ümumi təhsil məktəblərinin nəzdində faəliyyət göstərir. Layihə gənclərə tam orta təhsil haqqında sənəd almaqla yanaşı, 2 ixtisas üzrə ilkin peşə təhsili ilə bağlı sertifikat da əldə etmək imkanı yaradır.

"Peşə təmayüllü siniflər"də təhsil alan şagirdlərə isə ümumi təhsil fənləri ilə yanaşı, əsas səriştələr və müxtəlif profilli istiqamətlər üzrə fənlər də tədris olunur. Əsas səriştələr fənnində “Peşə etikası və müştərilərə xidmət”, ”Estetika və mədəni özünüifadə”, ”Layihə planlaşdırılması”, ”Sahibkarlıq” kimi səriştələr də tədris olunur.

Bununla yanaşı "Peşə təmayüllü siniflər"də fəaliyyət göstərən kadrların inkişaf imkanlarının artırılması üçün mütəmadi olaraq pedaqoji, ixtisas, STEAM, şəxsi inkişaf və əsas səriştələr modulu üzrə müxtəlif istiqamətli təlimlər həyata keçirilir.

Qeyd edək ki, layihənin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır.

#MÜTDA #EduAz #PeşəTəmayüllüSiniflər