Dövlət ümumi təhsil müəssisələrinin tədrisin digər dillərdə aparıldığı bölmələrinə I sinfə qəbul prosesi çərçivəsində müsahibələr davam edir.

Müsahibələrin obyektiv və şəffaf şəkildə keçirilməsini təmin etmək məqsədilə proses videoçəkilişlə müşayiət olunur. Eyni zamanda, valideynlərin müsahibədə iştirakı da nəzərdə tutulur.

Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində sözügedən müsahibələr 12-26 may tarixlərində keçiriləcək.