Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib

20 aprel 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib. Region üzrə 9 mərkəzdə təşkil olunan müsabiqədə ümumilikdə 2869 şagird iştirak edib.

Uzun illərdir ki, ölkəmizdə keçirilən bu müsabiqədə minlərlə şagirdə riyaziyyat fənni üzrə biliklərini yoxlama imkanı yaradılır. Müsabiqə şagirdlərin problem həlletmə bacarıqlarını, məntiqini və riyazi mülahizələrini yoxlayan qapalı tipli test tapşırıqlarından ibarətdir.

Qeyd edək ki, sözügedən müsabiqə hər il dünyanın 80-dən çox ölkəsində “Həll edirik, öyrənirik, əylənirik” şüarı altında təşkil olunur.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #ARTİ #kenquruBeynəlxalqRiyaziyyatMüsabiqəsi