Keyfiyyət monitorinqinin nəticələrinə dair görüş keçirilib

🗓️Fevralın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə keyfiyyət monitorinqinin nəticələrinə həsr olunmuş görüş keçirilib.

✔️Görüşdə Agentliyin direktor müavini Vəfa Yaqublu, regional təhsil idarələrinin əməkdaşları və 100-ə yaxın keyfiyyət monitorinqi həyata keçirilmiş təhsil müəssisələrinin direktorları iştirak edib.

🧑‍🧑‍🧒‍🧒Görüş zamanı aparılmış keyfiyyət monitorinqinin nəticələri müzakirə olunub, təhsil müəssisələrinin fəaliyyətinin təhlili aparılıb və təhsilin keyfiyyətinin artırılması istiqamətində təkliflər irəli sürülüb.

📉Monitorinq nəticələrinə əsasən, tədris keyfiyyəti ilə bağlı bir sıra çatışmazlıqların aşkar edildiyi bildirilib.

📑Müəssisə rəhbərlərinə təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bir neçə əsas istiqamət xüsusi vurğulanıb:

🧑‍🧒‍🧒Şagirdlərdə öyrənmə bacarıqlarını formalaşdırmaq və təkmilləşdirmək üçün şəraitin yaradılması, onlarda yaradıcı düşünmə, problem həlletmə, öyrəndiklərini digər fənlərlə və real həyatla əlaqələndirmək bacarıqlarının inkişaf etdirilməsi;

🖥️Tədris prosesinin məqsədyönlü planlanması, formativ qiymətləndirmənin səmərəli aparılması və müasir tədris resurslarının effektiv istifadəsi;

👩‍🏫Müəllimlərin metodiki bacarıqlarının artırılması, şagirdlərə fərdi yanaşması və motivasiyaedici tədris mühitinin yaradılması;

🧑‍💻Müasir və şagirdyönümlü təlim metodlarının tətbiqi, interaktiv dərslərin təşkili və tənqidi düşünməni inkişaf etdirən yanaşmaların genişləndirilməsi;

💬Müstəqil düşünmə və özünüifadə bacarıqlarının artırılması, öyrənilən biliklərin real həyatla əlaqələndirilməsi və aktiv iştirakın təşviqi.

🗣️Bununla yanaşı, monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və təhsil müəssisələrinin inkişaf strategiyalarının formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb, müasir tədris metodlarının tətbiqinin zəruriliyi vurğulanıb.

❗️Çatışmazlıqların aradan qaldırılması üçün metodiki dəstəyin gücləndirilməsi və müəllimlərin yenilənmiş tədris yanaşmalarına yiyələnməsi istiqamətində addımların atılmasının vacibliyi qeyd edilib.

#MÜTDA #ÜmumiTəhsil #TədrisinKeyfiyyəti #Monitorinq