Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, 18 iyun tarixinin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunması münasibətilə, 18 may – 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilmişdir.

Bu çərçivədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz rayonu üzrə ümumi təhsil müəssisələrində müxtəlif maarifləndirici tədbirlər təşkil olunmuşdur.

Tədbirlərin əsas məqsədi cəmiyyətdə insan ləyaqətinə hörmətin artırılması, insan hüquqlarına riayət olunmasının əhəmiyyətinin vurğulanması, eyni zamanda şagirdlərdə humanizm, vətəndaş məsuliyyəti və digər mənəvi-əxlaqi dəyərlərin formalaşdırılmasına nail olmaqdır.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ #İnsanHüquqlarıAylığı #HumanRightsMonth