Elm və Təhsil Nazirliyi tərəfindən 2026–2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üzrə təkmilləşdirilməsi və ya hazırlanması planlaşdırılan dərslik layihələri, eləcə də onlarla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. 

Dərslik komplektlərinin layihələri
www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində mərhələli şəkildə yerləşdirilir.
Elm və Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri və digər maraqlı tərəfləri müzakirəyə təqdim olunan dərslik layihələri ilə bağlı rəy və təkliflərini saytdakı xüsusi bölmə və ya
derslik@edu.gov.az elektron poçt ünvanı vasitəsilə göndərməyə dəvət edir.
#ElmVəTəhsilNazirliyi #MÜTDA #EduGovAz #EduAz #Dərslik #İctimaiMüzakirə
Yeni Şərh