Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan müxtəlif müsabiqə qalibləri olan şagirdlərlə görüş keçirib.
Aprelin 3-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan 2024 festivalında müxtəlif kateqoriyalar üzrə, “Sabahın Alimləri” XIV Respublika müsabiqəsinin finalında müxtəlif nominasiyalar üzrə və Təhsil Oyunları platformasında keçirilən “Nə? Harada? Nə zaman?” oyununun respublika çempionatının final mərhələsində uğur qazanmış şagirdlər və onların mentorları ilə görüş təşkil edilmişdir.
Çay süfrəsi ətrafında təşkil edilmiş görüşdə idarə müdiri uğur qazanan şagirdləri təbrik edib, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında uğurlar arzulayıb.
Sonda şagirdlərə "Fəxri Fərman" təqdim edilib.
Yeni Şərh