Məktəb-liseylərin VII lisey siniflərinə qəbul imtahanı keçirilib

10 avqust 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəb-liseylərin VII lisey siniflərinə şagird qəbulu üzrə imtahan təşkil olunub.

Ümumilikdə 196 şagirdin iştirak etdiyi imtahan Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.

Qeyd edək ki, məktəb-liseylərdə VII lisey sinifləri şagirdlərin ümumi imtahan nəticələrinə əsasən formalaşdırılacaq.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ