Növbəti vakansiya seçimi mərhələsinə start verildi
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminə bu gün saat 11:00-dan etibarən start verildi. Namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.
Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 25 avqust saat 11:00-da başa çatacaq.
Namizədlərə vakansiya seçimi etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik!
Bütün namizədlərə uğurlar arzulayırıq!
Yeni Şərh