Noyabrın 30-da Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Mükafatlandırma mərasimində Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə olimpiadada uğur qazanmış Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin şagirdi Qurbanlı Səməd Rahil oğlu və Şabran şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Şafaqatlı Səddam Ceyhun oğlu iştirak etmişdir.
Sonda olimpiada qalibləri diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası 5-ci siniflər arasında keçirilir.





Yeni Şərh