Onlar evdə oxuyurlar, amma birlikdə yaradırlar!
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşəbbüsü ilə evdə təhsilə cəlb olunmuş şagirdlərin sosiallaşması, yaradıcı potensiallarının üzə çıxarılması və müasir texnologiyalarla ünsiyyət bacarıqlarının gücləndirilməsi məqsədilə onlayn görüşlər təşkil olunur. Bu görüşlər şagirdlər üçün təkcə dərs deyil, həm də özlərini ifadə etmək, birlik hissini yaşamaq fürsətidir.
Növbəti görüş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub. Şagirdlər bu əlamətdar gün münasibətilə öz rəngarəng fikirlərini və vətən sevgilərini rəsm əsərlərində canlandırıblar. Onların hazırladığı rəsmlər Web 2.0 aləti olan Canva platformasında dizayn olunaraq təqdim edilib və virtual sərgi şəklində nümayiş etdirilib.
Bu təşəbbüs evdə təhsilə cəlb olunan şagirdlərin həm bacarıqlarını nümayiş etdirməsinə, həm də vətənpərvərlik hisslərinin möhkəmləndirilməsinə zəmin yaradıb.
#MÜTDA #EduAz #QubaXaçmazRTİ #YaradıcılıqlaBirlikdə





Yeni Şərh