Yanvarın 14-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun təşkilatçılığı ilə ümumi təhsil müəssisələrində xüsusi təhsilə cəlb olunan şagirdlərlə işin təşkili, perspektiv planın hazırlanması və həmin şagirdlərin qiymətləndirilməsinin aparılması mövzusunda onlayn qaydada təlim təşkil edilmişdir.
Təlimdə region üzrə ümumi təhsil müəssisələrində evdə, inklüziv və xüsusi təhsil siniflərində dərs tədris edən müəllimlər iştirak etmişdir.




Yeni Şərh