“Sağlam Gələcək Naminə” psixoloji və loqopedik təlim–seminarı keçirildi

Peşəkar psixoloqlar tərəfindən Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində “Sağlam Gələcək Naminə” psixoloji və loqopedik təlim–seminarı keçirilib.

Təlimdə Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan müəllim və psixoloqlar iştirak ediblər.

Təlimdə erkən diaqnostikanın uşağın inkişafındakı həlledici rolu, hiperaktivlik və davranış çətinliklərinə ilkin yanaşma, emosional problemlərin müasir həll metodları, həmçinin kiçik yaşlı uşaqlarda nitqin inkişafı üçün “10 qızıl metod” mövzuları iştirakçılara təqdim olunub və ətraflı müzakirə edilib.

Mütəxəssislər iştirakçılarla interaktiv şəkildə işləyərək sualları cavablandırıb və tətbiq oluna bilən metodlarla bağlı tövsiyələr veriblər.

#EduAz #MÜTDA #QubaXaçmazRTİ