Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə valideyn konfranslarına start verilib

Dekabrın 8-də Quba şəhərində məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi məqsədilə regional valideyn konfransı keçirilib.

Tədbirdə Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova, Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov, təhsil müəssisələrinin rəhbərləri, psixoloqlar, müəllimlər və 100 nəfərdən çox valideyn iştirak edib.

Konfransda valideyn-məktəb əlaqələrinin gücləndirilməsi, şagird davranışlarının düzgün idarə olunması və uşaqların sağlam psixoloji mühitdə böyüməsi ilə bağlı tövsiyələr təqdim edilib. Sessiyalar zamanı valideynlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.

Konfransın məqsədi məktəb və ailə arasında əməkdaşlığı gücləndirmək, valideynlərin təhsil prosesində fəal iştirakını təmin etmək, valideynləri uşaqların inkişaf göstəriciləri haqqında məlumatlandırmaq və məktəb-valideyn əməkdaşlığını daha sistemli etməkdir.

#EduAz #MÜTDA #QubaXaçmazRTİ #Valideyn #Məktəb #Konfrans