Sentyabr konfransı çərçivəsində görüşlər davam edib
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin işçilərinin Sentyabr konfransı çərçivəsində müzakirələr təşkil edilib.
4 sentyabr 2025-ci il tarixində konfrans çərçivəsində müxtəlif peşəkar meyarlar əsasında seçilmiş Azərbaycan dili, riyaziyyat və ibtidai sinif müəllimləri ilə görüş keçirilib.
Müzakirələrdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik xidmət proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasiyev, Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova və müəllimlər iştirak ediblər.
Görüşdə Təhsil İnstitutunun Metodik xidmət proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli çıxış edərək məktəblərdə müsbət öyrənmə mühitinin formalaşdırılması və şagirdlərin mənəvi sağlamlığının qorunmasında müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb. O, tədrisin keyfiyyətinin artırılmasında innovativ və yaradıcı təlim metodlarının tətbiqinin vacibliyini, oxuyub-anlama bacarıqlarının və riyazi təfəkkürün inkişaf etdirilməsi istiqamətində nümunələr əsasında çıxışlar edib. Sonda isə sorğu təşkil olunub.
Növbəti tədris ili üçün fəaliyyət planının hazırlanmasına dair müəllimlərin təklif və tövsiyələri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
#QubaXaçmazRTİ #EduAz #MÜTDA #YeniDərsİli #SentyabrKonfransı





Yeni Şərh