Siyəzəndə “Məktəbli Kuboku”na start verilib
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası(AFFA) ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Məktəbli Kuboku” turnirinə start verilib.
Yarışlar 5-ci və 7-ci sinif oğlan şagirdləri arasında aparılır. Turnirin ilk oyunlarında 7-ci siniflər üzrə 12, 5-ci siniflər üzrə isə 10 məktəb komandası iştirak edir.
Turnirin yekun günündə bağlanış mərasimi keçiriləcək. Daxili birincilik başa çatdıqdan sonra hər iki yaş qrupu üzrə qalib komandalar Siyəzən rayonunu Regional finallarda təmsil edəcəklər.
Qeyd edək ki, “Məktəbli Kuboku” turnirinin təşkilində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunun formalaşmasına töhfə verməkdir.
Ölkənin bütün bölgələrində keçiriləcək məktəblər arasında yarışların qalibləri sonda respublika birinciliyində qüvvələrini sınayacaqlar.
Yeni Şərh