ℹ️BilBacar müsabiqəsinin hazırlıq və yarış mərhələlərində oktyabr ayından etibarən təqdim edilən suallar yenidən şagirdlərin istifadəsinə verilir.

📌Şagirdlərin iyun ayında keçirilməsi nəzərdə tutulan əyani (sonuncu) mərhələyə hazırlığının artırılması və biliklərinin möhkəmləndirilməsi məqsədilə bugünədək istifadə olunmuş bütün suallar yenidən şagirdlərin istifadəsinə verilir.

💻Şagirdlər bilbacar.edu.az saytına öz hesabları ilə daxil olaraq “Sınaq” başlığı altında yerləşdirilmiş suallarla tanış ola və onları istənilən qədər işləyə bilərlər.

⚠️“Sınaq”da iştirak şagirdlərin nəticəsinə təsir etmir.

❗️Qeyd edək ki, BilBacar müsabiqəsi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərinin təkmilləşdirilməsini, rəqəmsal platformada imtahanvermə bacarıqlarının formalaşdırılmasını və xüsusi istedadlı şagirdlər və qabaqcıl məktəblərin müəyyən edilməsini hədəfləyir.

Ətraflı: https://shorturl.at/tuUqt

#MÜTDA #ARTİ #EduAz #BilBacar #Müsabiqə