Tam orta məktəb layihəsi tətbiq olunacaq təhsil müəssisələri üzrə təbliğat görüşləri keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2026–2027-ci tədris ilindən etibarən tətbiq olunacaq tam orta məktəb layihəsi ilə bağlı təbliğat görüşlərinə start verilib.

Görüşlərdə rayon təhsil sektorlarının müdirləri, ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdləri, onların valideynləri, eləcə də pedaqoji heyət iştirak edib. Tədbirlər çərçivəsində layihənin məqsədi, təmayül tədris modeli, fənn seçimi, şagird qəbulu və müəllim seçimi prosesi barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçıların sualları cavablandırılıb və layihə ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edilib ki, layihə çərçivəsində aşağıdakı ümumi təhsil müəssisələrində 10 və 11-ci siniflər üzrə şagird qəbulu həyata keçiriləcək:

🟢Quba şəhər Tələt Mikayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi

Qeydiyyat linki: https://l24.im/ilCj2

🟢Xaçmaz şəhər Abamüslüm Səlimov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi

Qeydiyyat linki: https://forms.gle/1U8GbKS9WJvw7rCU9

🟢Siyəzən şəhər Rasim Ramazanov adına 5 nömrəli ümumi orta ümumtəhsil məktəbi

Qeydiyyat linki: https://l24.im/Fl1V

🟢Qusar şəhəri Nemət Məmmədəliyev adına 3 nömrəli tam оrtа ümumtəhsil məktəbi

Qeydiyyat linki: https://forms.gle/8usJL6mnPUv1VEUH8

🟢Şabran şəhəri Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi

Qeydiyyat linki: https://l24.im/kDmVsW

🟢Xaçmaz rayonu Xudat şəhəri 4 nömrəli məktəb-lisey

Qeydiyyat linki:

Bu təşəbbüsün regionda təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin maraq və bacarıqlarına uyğun təmayül istiqamətlər üzrə inkişafına və ali təhsilə hazırlıq səviyyəsinin artırılmasına töhfə verəcəyi vurğulanıb.