Yanvarın 21-də "Fərdi tədris planının forması"nın təsdiq edilməsi barədə elm və təhsil nazirinin müvafiq əmrinə əsasən ümumi təhsil pilləsində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların təhsilinin planlaşdırılması, həyata keçirilməsi və təlim nəticələrinin qiymətləndirilməsinin təmin edilməsi mövzusunda Teams platforması ilə təlim təşkil edilmişdir.
Tədrisin keyfiyyəti sektorunun təşəbbüsü ilə keçirilmiş təlimdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində evdə, inklüziv və xüsusi təhsil siniflərində dərs tədris edən müəllimlər iştirak etmişdir.





Yeni Şərh