Test imtahanı mərhələsinin II günü

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin II gününə 15 186 namizəd dəvət olunub. Ümumilikdə birinci seans üzrə 83% davamiyyət qeydə alınıb.

Nəzərinizə çatdırırıq ki, 4 iyul tarixində təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna 5 iyul saat 12:00-dan etibarən start veriləcək. Bu barədə ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək.

Test imtahanı mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!

#ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #İRM #MİQ #EduAzİRM #Müəllim #İşəQəbul #MİQ2025