Test imtahanı mərhələsinin yekunu

3, 4, 8-10 iyul tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 65572 namizəd dəvət edilib. Ümumilikdə test imtahanı mərhələsi üzrə 82,7% davamiyyət qeydə alınıb.

Nəzərinizə çatdırırıq ki, 10 iyul tarixində təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna 11 iyul saat 12:00-dan etibarən start veriləcək. Bu barədə ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək.

Müsabiqənin növbəti mərhələsi barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

#ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #İRM #MİQ #EduAzİRM #Müəllim #İşəQəbul #MİQ2025