Quba şəhəri Mehrab Niftəliyev adına texniki fənlər təmayüllü liseyin VII sinfinə qəbul imtahanı keçirilib

17 avqust 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba şəhəri Mehrab Niftəliyev adına texniki fənlər təmayüllü liseyin VII sinfinə şagird qəbulu üzrə imtahan təşkil olunub.

Ümumilikdə 127 şagirdin iştirak etdiyi imtahan Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə keçirilib.

Qeyd edək ki, liseyin VII sinfinə qəbul prosesi yekun imtahan nəticələri əsasında aparılacaq.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ