Vakansiya seçimi mərhələsinin nəticələri elan edildi
2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərildi. 6-11 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 2407 namizəd uğur qazanıb. Ümumilikdə isə müsabiqə üzrə 3957 namizəd müsahibə mərhələsində iştirak hüququ əldə edib.
Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir.
Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Növbəti mərhələdə iştirak edəcək bütün namizədlərin hər birinə uğurlar arzulayırıq!
#ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #İRM #MİQ #Müəllim #İşəQəbul #MİQ2025 #Vakansiya
Yeni Şərh