Vakansiya seçimi mərhələsinə start verilir📢

Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir. Namizədlər 26 iyul saat 11:00-dan 27 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə biləcəklər.

📌Nəzərinizə çatdırırıq ki, test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

❗️Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Vakansiya seçimində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

#ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #İRM #MİQ #EduAzİRM #Müəllim #İşəQəbul #MİQ2025