Noyabrın 27-də Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə valideyn komitə sədrləri ilə görüş təşkil olunmuşdur. Görüşdə valideynlərlə səmimi söhbət aparılmış, onların məktəblə bağlı fikirləri və təklifləri diqqətlə dinlənilmişdir. Eyni zamanda, valideynlər arasında anonim sorğu keçirilmişdir.
Bu görüşün əsas məqsədi məktəbin ümumi fəaliyyətini daha da yaxşılaşdırmaq və valideyn-məktəb əməkdaşlığını gücləndirmək olmuşdur.




Yeni Şərh