📢 Yeni işə qəbul olunan müəllimlər üçün Adaptasiya Proqramı

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə həyata keçiriləcək adaptasiya proqramına start verilir.

Bu proqramın əsas məqsədi yeni müəllimlərin tədris prosesinə və iş mühitinə daha rahat uyğunlaşmasına dəstək olmaqdır.

Format: AGMA-nın rəsmi Facebook səhifəsində onlayn vebinar

⤵️Mövzular:

Pedaqoji prosesdə səmərəli ünsiyyət – 19.09.2025

Dərsin planlaşdırılması – 26.09.2025

Sinfin səmərəli idarə edilməsi – 03.10.2025

Diferensiallaşdırılmış təlim və inklüziv təhsil – 10.10.2025

Qiymətləndirmə və rəyvermə bacarıqları – 17.10.2025

Uşaq hüquqları və təhlükəsizliyi – 24.10.2025

📌 Saat 19:00-da başlayacaq vebinarlar üçün qeyd olunan tarixləri qaçırmayın!

🔗Qeydiyyat linki: https://ref.az/yvMtS

#MÜTDA #EduAz #AzərbaycanGəncMüəllimlərAssosiasiyası #AdaptasiyaProqramı #Müəllim