Övladlarımıza təhlükəsiz hərəkət vərdişlərini öyrətmək hər birimizin əsas vəzifələrindən biridir.

Yol hərəkəti qaydalarını öyrətmək və təhlükəsiz hərəkət vərdişləri qazandırmaq üçün tövsiyə edilir:

- Yol nişanlarını övladınıza nümunə göstərərək izah edin.

- Təhlükəsiz keçid yollarını seçməyi və sürətə diqqət etməyi onlarda vərdiş halına gətirin.

- Məktəbə gedib-gəlmək üçün ən təhlükəsiz marşrutu əvvəlcədən müəyyən edin və övladınızın bunu izləməsinə nəzarət edin.

- Onlara bu qaydalara riayət olunmasının əhəmiyyətini başa salın.

Unutmayaq ki, bizim davranışlarımız övladlarımız üçün nümunədir!

#MÜTDA #Təhlükəsizlik #YolHərəkəti