Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz rayonu üzrə ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş təşkil olunmuşdur.
Görüş zamanı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasiyev növbəti tədris ilində Xaçmaz şəhərində tam orta təhsil səviyyəsi üzrə fəaliyyət göstərəcək təhsil müəssisəsi və həmin müəssisədə şagirdlər üçün yaradılacaq şərait ilə bağlı təhsil müəssisələrinin rəhbərlərini məlumatlandırmış.
Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev Respublika Fənn Olimpiadasının rayon mərhələsinin nəticələri barədə məlumat vermişdir. İdarənin müdir müavini tərəfindən olimpiadanın növbəti mərhələsinə hazırlıqla bağlı qarşıda duran vəzifələr barədə məktəb rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Görüşdə təhsil müəssisələrinin fəaliyyətinə dair digər məsələlər də müzakirə olunmuşdur.





Yeni Şərh