Ümumi təhsil müəssisələrinin rəhbərləri və mərkəzlər üzrə imtahan nəzarətçilərilə görüşlər keçirilmişdir.

17 may 2025-ci il tarixində IV sinif, 18 may 2025-ci il tarixində isə VI sinif şagirdləri arasında təşkil olunacaq monitorinqlərin məqsədyönlü və səmərəli təşkili ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrinin rəhbərləri və mərkəzlər üzrə nəzarətçilərlə görüş keçirilmişdir.

Görüş zamanı monitorinqlərin keçirilmə mexanizmi, təşkilati məsələlər, nəzarətçilərin vəzifə və öhdəlikləri, eləcə də prosesin şəffaf və obyektiv şəkildə həyata keçirilməsi ilə bağlı vacib məsələlər müzakirə olunmuşdur. Eyni zamanda, monitorinq zamanı əməl olunmalı qaydalar və texniki hazırlıqla bağlı iştirakçılara müvafiq tövsiyələr verilmişdir.

Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdir.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ