İcma əsaslı məktəbəqədər təhsil ilə əməkdaşlıq çərçivəsində Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin peşə təmayüllü sinif şagirdlərinin gipsdən hazırladıqları əl işlərinin boyanması məqsədilə məktəbin icma əsaslı məktəbəqədər təhsil qrupunun uşaqları ilə birgə yaradıcı fəaliyyət təşkil olunub.
Fəaliyyət zamanı uşaqlar müxtəlif fiqurları böyük həvəslə boyayaraq həm maraqlı və səmərəli vaxt keçirib, həm də əməkdaşlıq və paylaşma mühitini yaxından hiss ediblər. Birgə yaradıcı məşğələlər uşaqlarda estetik zövqün formalaşmasına, rəng seçim bacarıqlarının inkişafına, əl qabiliyyətlərinin və incə motor bacarıqlarının güclənməsinə müsbət təsir göstərib.
Eyni zamanda, bu cür fəaliyyətlər uşaqlarda komanda işi, ünsiyyət, qarşılıqlı dəstək və sosial münasibətlərin inkişafına da töhfə verir. Şagirdlərin gipsdən hazırladıqları əl işlərinin məktəbin İcma əsaslı məktəbəqədər təhsil qrupunun uşaqları ilə birlikdə rənglənməsi onların yaradıcılıq potensialının üzə çıxmasına və özünəinam hissinin artmasına şərait yaradıb.
Yeni Şərh