İmtahan öncəsi stressin idarə olunması
İmtahanlar təkcə biliklərin yoxlanılması deyil, həm də emosional dayanıqlılığın sınağıdır. Bu mərhələdə yaşanan stress düzgün idarə olunmadıqda şagirdin özünəinamını, diqqətini və motivasiyasını zəiflədə bilər.
İmtahanqabağı psixoloji vəziyyət nəticələrə birbaşa təsir göstərir.
Ailənin və məktəbin birgə dəstəyi stressin tənzimlənməsində həlledici rol oynayır.
Stressin idarəolunması şagirdə diqqətini toplamaq, sualları düzgün dəyərləndirmək və vaxtı effektiv bölmək imkanı yaradır.
Bu baxımdan imtahan öncəsi dövrdə şagirdin psixoloji ehtiyaclarını nəzərə alan yanaşmaların tətbiqi onun akademik potensialının tam şəkildə üzə çıxmasına şərait yaradır. Məktəb, ailə və şagirdin birgə iştirakı ilə formalaşan dəstək mühiti imtahanların yalnız qiymətləndirmə vasitəsi deyil, eyni zamanda inkişaf və özünüifadə imkanına çevrilməsinə töhfə verir.
Yeni Şərh