İyulun 30-da Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin V siniflər üzrə istedadlar sinfinə qəbul imtahanı keçirilmişdir.
Quba rayonu Birinci Nügədi kəndi Zəki Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil edilən imtahanda ümumilikdə 160 nəfər şagird iştirak etmişdir. Şagirdlərə Azərbaycan dili, riyaziyyat və məntiq fənləri üzrə ümumilikdə 45 qapalı test tapşırığını cavablandırmaq üçün 120 dəqiqə vaxt verilmişdir.





Yeni Şərh