🥊 Serbiyanın Zlatibor şəhərində məktəbli oğlan və qız boksçular arasında keçirilən Avropa birinciliyi başa çatmışdır.

🟢Final mərhələsi uğrunda mübarizədə Azərbaycan millisinin heyətində 22 idmançımız iştirak edib. Onlardan 13-ü həlledici görüşdə iştirak hüququ qazanıb.

🟢Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdləri Tunca Mürşüdova və Xumar Cəfərli görüşdə iştirak hüququ qazanmışdır.

🟢Şagirdlərimiz Tunca Mürşüdova 42 kq çəki dərəcəsində Avropa ikincisi olaraq 🥈gümüş medal, Xumar Cəfərli isə 70 kq çəki dərəcəsində Avropa üçüncüsü olaraq 🥉bürünc medal qazanıb.

Şagirdlərimiz təbrik edir, uğurlar arzulayırıq.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #AzərbaycanBoksFederasiyası #AzerbaijanBoxingFederation #TeamAze