“Qəlblərin Harmoniyası-6” uşaq, yeniyetmə və gənclərin rəqs və gimnastika festivalında Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin şagirdləri Əsnad Heydərli, İlham Babayev, Ayşən Əliməmmədova və Aysu Kəmərbəndi yüksək nəticə göstərərək I yerə layiq görülüb.
Şagirdlər festival çərçivəsində sərgilədikləri uğurlu çıxışları, yüksək hazırlıq səviyyəsi və istedadları ilə seçilərək münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş, fəxri diplom və qızıl medalla təltif olunmuşlar.
Şagirdlərimizi əldə etdiyi bu böyük uğur münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.
Yeni Şərh