17 dekabr 2024-cü il tarixində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun rəhbərliyi Heydər Əliyev Mərkəzində Qusar rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri ilə görüş keçirmişdir.

Görüş zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb, onların gələcək peşə seçimi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb. Sonda icra başçısı şagirdlərlə uğur qazanmağın yolları ilə bağlı öz tövsiyyələrini bölüşüb.