Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri STEAM dərslərində öyrəndikləri bilikləri praktik olaraq tətbiq edərək TinkerCad proqramında şahmat fiqurlarının və dama daşlarının 3D modellərini hazırlamışdır. Şagirdlər öz yaradıcılıqlarından və texnoloji bacarıqlarından istifadə edərək müxtəlif dizaynlar yaratdılar

.

Hazırlanan modellər 3D printerdə çap edilərək reallığa çevrildi. Bu proses şagirdlərin həm texnoloji biliklərini, həm də yaradıcı düşünmə qabiliyyətlərini inkişaf etdirmək üçün gözəl bir təcrübə oldu. Belə layihələr, şagirdlərin rəqəmsal dünyaya olan marağını artırmaqla yanaşı, onların problem həll etmə, dizayn və innovasiya bacarıqlarını gücləndirir.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ