Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin peşə siniflərində “Bağban köməkçiləri” ixtisası üzrə təhsil alan şagirdlər üçün DAİM-ə (Dövlət Aqrar İnkişaf Mərkəzi) ekskursiya təşkil edilmişdir.

Ekskursiya zamanı şagirdlər torpağın analiz prosesi ilə canlı tanış olub, mineralların, xüsusilə makroelementlərin miqdarının təyin edilməsi və torpağın pH dəyərinin müəyyənləşdirilməsi prosesini izləyiblər. Bundan əlavə, torpağın strukturu və aqronomik xüsusiyyətləri haqqında ətraflı məlumat əldə ediblər.

Bu ekskursiya şagirdlərin ixtisas biliklərinin artırılmasına və praktik bacarıqlarının inkişafına töhfə verib.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ