5 aprel 2025-ci il tarixində “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 7–9 yaşlı şagirdlərdən ibarət 40-dan çox komanda arasında “FIRST LEGO LEAGUE Explore” yarışının Respublika turniri həyata keçirilib.
Turnirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin şagirdlərindən ibarət “LeGuba” komandası “Teamwork” nominasiyası üzrə qalib gələrək kubok və medallarla təltif olunub.
Qeyd edək ki, komandanın üzvləri Qəhrəmanov İsmayıl və Talıbova İlahə Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin, Əfəndiyev Rəsul Quba şəhəri Zaur Cəfərov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin, Osmanlı Onur isə Quba şəhəri Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənnlər təmayüllü məktəb-liseyin şagirdləridir.
Turnirin əsas məqsədi məktəblilərin elm, texnologiya və mühəndislik sahələrinə marağını artırmaq, onların analitik düşünmə, problem həlletmə və komanda işi bacarıqlarını inkişaf etdirməkdir.
Yeni Şərh