“Kiçik Əllərdən Böyük Ürəklərə”

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin peşə təmayüllü sinif şagirdləri nümunəvbir təşəbbüslə çıxış etdilər.

Onlar dərsdə qazandıqları bacarıqlardan istifadə edərək sevgi və diqqətlə müxtəlif əl işi oyuncaqlar hazırladılar. Bu oyuncaqları isə Vətənimizin azadlığı uğrunda canını qurban vermiş qəhrəman şəhidlərimizin övladlarına hədiyyə etdilər.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ