06 noyabr 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran rayon uşaq-gənclər inkişaf mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – Zəfər Gününün 5 illik yubileyinə həsr olunmuş “Müstəqilliyin əbədi, Zəfərin daim olsun, Azərbaycan” adlı tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının nümayəndəsi, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru, şəhid anaları, Vətən müharibəsi qazisi və mərkəzin kollektivi iştirak ediblər.

Tədbirdən əvvəl mərkəzin kollektivi tərəfindən Şəhidlər Xiyabanına ziyarət təşkil olunub, daha sonra mərkəzin həyətyanı sahəsində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ağacəkmə aksiyası həyata keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Sonra mərkəzin dərnək üzvlərinin ifasında Vətən mövzusuna həsr olunmuş şeirlər və vətənpərvər mahnılar təqdim olunub. Səsləndirilən bədii kompozisiyalar Azərbaycan Ordusunun qəhrəmanlığına, xalqımızın birliyinə və tarixi Zəfərimizin əzəmətinə həsr olunub.

#EduAz #QubaXaçmazRTİ #MÜTDA